Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) avqustun 10-dan etibarən Azərbaycanın daha 8 müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.
"APA-Economics"in "Rosselxoznadzor"a istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkə ərazisində alma yetişdirən müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə dair məlumatlarının təhlili əsasında, habelə səlahiyyətli şəxslərin zəmanəti ilə verilib.