Azərbaycanda bankların müştəri bazası 18% artıb

Azərbaycanda bankların müştəri bazası 18% artıb
# 04 mart 2020 14:52 (UTC +04:00)

Azərbaycanda bank müştərilərinin sayı illik 17,6% artaraq cari il fevralın 1-nə 8 056 140 nəfərə çatıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bank müştərilərinin 7 938 757 nəfərini fiziki şəxslər, 117 383 isə nəfərini hüquqi şəxslər əhatə edib.

Məlumata əsasən, bank müştərilərinin 331 900 nəfərini sahibkarlıqla məşğul olanlar təşkil edib. Bu kateqoriyadan olan müştərilərin sayında illik 24,4% artım qeydə alınıb.

2020-ci il fevralın 1-nə bank müştərilərinin banklarda 19 519 048 hesabı mövcud olub. Beləliklə, müştəri hesablarının sayında ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% artım qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR