"Laçın" tankeri ilk səfərinə yola düşüb

"Laçın" tankeri ilk səfərinə yola düşüb
# 20 may 2020 11:33 (UTC +04:00)

Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankeri SOCAR-ın Gəmiqayırma Zavodunda tikilib və artıq ilk səfərini həyata keçirir.

SOCAR-ın Gəmiqayırma Zavodunda tikilən Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankeri artıq ilk səfərinə yola düşüb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, dizel yanacağı ilə yüklənmiş tanker Bakı limanından Kulevi limanına istiqamət alıb. Oradan isə Türkiyəyə doğru yola düşəcək.

“Azərbaycanın ilk milli istehsalı olan “Laçın” tankeri SOCAR-ın Gəmiqayırma Zavodunda tikilib və artıq ilk səfərini həyata keçirir”, - məlumatda deyilir.

Gəmi bundan sonra Qara dəniz və Aralıq dənizi hövzələrində maye yükdaşımalar həyata keçirəcək.

Qeyd edək ki, uzunluğu 141, eni 16,9 metr olan yeni nəsil “Laçın” tankeri təkcə Azərbaycanın beynəlxalq yükdaşımalarda mövqeyinin möhkəmlənməsində deyil, xarici sularda ölkəmizin təmsil və təbliğində də mühüm rol oynayacaq.

Xatırladaq ki, ASCO-nun Xəzərdənkənar beynəlxalq sularda fəaliyyəti uzun fasilədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə 2014-cü ildə “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa olunub. “Laçın” gəmisinin istismarına başlanması ilə Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 15-ə çatıb. Onlardan 12-i quru yük, 3-ü tankerdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR