ABŞ Prezidenti Donald Tramp Səhiyyə naziri Aleks Azarın vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
APA “TASS”-a istinadən xəbər verir ki, o, öz "Twitter" səhifəsində bu barədə açıqlama verib.
Tramp həmin məlumatları təkzib edərək “saxta xəbər” adlandırıb: “Aleks işinin öhdəsindən əla gəlir”.
Onun sözlərinə görə, məlumatı yayan KİV nümayəndələri öz oxucularının təsəvvüründə “xaos və iğtişaşlar” yaratmağa çalışır.