Avrokubokda “Qababağ”ın səfər, “Səbail”in ev oyunu canlı yayımlanacaq

Avrokubokda “Qababağ”ın səfər, “Səbail”in ev oyunu canlı yayımlanacaq
# 08 iyul 2019 12:35 (UTC +04:00)

Azərbaycan klublarının bu həftə avrokuboklarda keçirəcəyi üç oyundan ikisinin canlı yayımlanacağı dəqiqləşib.

APA-nın məlumatına görə, “CBC Sport” “Qarabağ” və “Səbail”in 2019/20 mövsümündəki ilk görüşü canlı yayımlayacaq.

Tamaşaçılar iyulun 10-da Albaniyada keçirilən Çempionlar Liqasının I təsnifat mərhələsinin "Partizani" - "Qarabağ" matçını izləmək imkanı qazanıb. Görüş saat 19:30-da start götürəcək.

İzləyicilər ertəsi gün Avropa Liqasında I təsnifat mərhələsinin oyununa şahid olacaqlar. Saat 20:00-da başlayan "Səbail" - "Universitatya Krayova" (Krayova, Rumıniya) matçı da canlı nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR