Bu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 5 mlrd. 985,9 mln. dollar həcmində olub.
APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadla verdiyi xəbərə görə, illik müqayisədə xarici ticarət dövriyyəsinin həcmində 24,5% artım qeydə alınıb.
Hesabat dövründə qonşu ölkənin ixracı 28,8% artaraq 1 mlrd. 593,6 mln. dollar, idxalı isə 23% artaraq 4 mlrd. 392,3 mln. dollar təşkil edib.
Ticarət dövriyyəsinin kəsri isə 2 mlrd. 798,7 mln. dollar olub.