Polşa Rusiyadan alınan qazın payını 60%-dək azaldıb

Polşa Rusiyadan alınan qazın payını 60%-dək azaldıb
# 27 may 2020 11:43 (UTC +04:00)

Son 4 il ərzində Polşanın enerji səbətində Rusiyadan alınan qazın payı 77%-dən 60%-ə enib.

"APA-Economics" TASS-a istinadən xəbər verir ki, bu barədə "Polşa radiosu"nun efirində çıxış edən Polşanın PGNiG enerji şirkətinin rəhbəri Yeji Kveçinski deyib.

Onun sözlərinə görə, Rusiyadan qaz tədarükü hələ də Polşanın "mavi yanacaq" almasının əsas istiqaməti olaraq qalır: "Lakin bu asılılıq azalır. 4 il əvvəl bu göstərici 77% idisə, hazırda 60% təşkil edir".

Polşa ildə təxminən 18 mlrd. kubmetr qaz istifadə edir.

Respublika hakimiyyəti bir neçə il əvvəl bəyan etmişdir ki, ölkənin “Qazprom” şirkəti ilə uzunmüddətli müqaviləsi 2022-ci ildə başa çatdıqdan sonra uzadılmayacaq. Bu müqavilə Polşanı ildə 10 mlrd. kubmetrədək qazla təmin edilməsini nəzərdə tutur.

Varşava Rusiya qazından imtina etməyinin mümkünlüyünü, ABŞ və Qətərdən maye qazın ölkəyə tədarükü, həmçinin Polşanı Norveçlə birləşdirəcək Baltik Boru qaz kəmərinin inşası ilə əlaqəli olduğunu iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR