Komitə sədri: "Azərbaycan dövləti sahibkar qadınların beynəlxalq arenada əlaqələr qurmasının tərəfdarıdır"

Komitə sədri: "Azərbaycan dövləti sahibkar qadınların beynəlxalq arenada əlaqələr qurmasının tərəfdarıdır"
# 21 iyun 2019 12:26 (UTC +04:00)

"Azərbaycanda son 16 ildə 4327 qadın sahibkara 79,1 milyon manat kredit verilib".

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Qadın sahibkarlığının inkişafı: təcrübə, imkanlar və nailiyyətlər” adlı Beynəlxalq Forumda deyib.

Komitə sədrinin sözlərinə görə, eyni zamanda qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 6797 yeni iş yeri açılıb: "Ümumiyyətlə, dünya üzrə statistik məlumatlara görə, yeni biznes-strukturların 25 faizdən çoxunu qadınlar yaradıb. Bu, onu göstərir ki, qadınların iqtisadi təşəbbüskarlığı artmaqdadır".

H. Hüseynova qeyd edib ki, Azərbaycanda sahibkar qadınların imkanlarının artırılaraq yeni bazarlara çıxışının genişləndirilməsi zəruridir: "Azərbaycan dövləti sahibkar qadınların beynəlxalq arenada əlaqələr qurmasının, şəbəkələr yaratmasının tərəfdarıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR