"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) emitentin uzunmüddətli defolt reytinqinin (IDR) "B-" səviyyəsində, reytinq üzrə proqnozu isə "stabil" təsdiq edib.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, bankın IDR-nin bu səviyyədə təsdiqlənməsi onun həqiqi kredit gücünü əks etdirir. Bunun nəticəsi kimi, Beynəlxalq Bankın davamlılıq reytinqi (VR) "b-" səviyyəsində təsdiq olunub.
"Fitch"ə görə, bankın kredit profilinin bəzi aspektləri daha yüksək reytinq səviyyəsindədir (xüsusən aktivlərin keyfiyyəti, franşıza, maliyyələşdirmə və likvidlik), lakin ABB-nin açıq xarici valyuta mövqeyi reytinqi "B-" səviyyəsində məhdudlaşdırır. Bundan əlavə, ABB-nin aktivlərinin keyfiyyəti rasionaldır və balans hesabatındakı yüksək keyfiyyətli banklararası yerləşdirmələr və qiymətli kağızların yüksək payı ilə dəstəklənir.
"Fitch" qeyd edir ki, hazırkı iqtisadi böhranın ABB-nin maliyyələşdirilməsinə və likvidlik profilinə birbaşa təzyiqi yoxdur.