BŞH ləğv olunan Azərbaycan Qran-prisi üçün alınan biletlərlə bağlı açıqlama verib

BŞH ləğv olunan Azərbaycan Qran-prisi üçün alınan biletlərlə bağlı açıqlama verib
# 12 iyun 2020 12:26 (UTC +04:00)

“Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisinə bilet alanların məsələsinə aydınlıq gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) apasport.az saytına verilən məlumata görə, əvvəlcə təxirə salınan, ardınca ləğv olunan yarış üçün alınan biletlərlə bağlı iki variant təklif edilib.

Biletləri qaytarmaq istəyənlər əməliyyat şirkətinə [email protected] elektron ünvanı vasitəsilə müraciət edə bilərlər. Əks halda, həmin biletlər gələn il baş tutacaq yarış üçün qüvvədə qalacaq.

BŞH həmçinin bildirib ki, builki yarış həftəsonunun ləğvi yerli promouter üçün hər hansı bir maliyyə öhdəliyi yaratmır və eyni zamanda mərhələnin keçirilməsi ilə bağlı ödənilmiş lisenziya haqqı olduğu kimi gələnilki yarış mövsümünə ötürülür.

Qeyd edək ki, iyunun 5-7-də keçirilməli olan, sonradan təxirə salınan Azərbaycan Qran-prisinin baş tutmamasına koronavirus pandemiyası səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR