“Aparılan işlərə baxmayaraq, vətəndaşlar tibbi maskadan istifadə etməsələr, sosial məsafəni saxlamasalar, koronavirusa yoluxmada ikinci dalğadan özümüzü qoruya bilməyəcəyik”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
E. Əzizov deyib ki, dünən ictimai nəqliyyatda bir şəkil çəkilib: “Bakıda avtobusda çəkilən şəkildə bir nəfər belə maska taxmayıb. Bakı sakinlərinə müraciət edirəm ki, qaydalara riayət edək”.