Azərbaycanın mədəni irsinin qorunub-saxlanmasında radiasyon texnologiyalardan istifadə olunacaq

Azərbaycanın mədəni irsinin qorunub-saxlanmasında radiasyon texnologiyalardan istifadə olunacaq
# 13 mart 2020 12:58 (UTC +04:00)

Azərbaycanda mədəni irsin qorunub-saxlanılmasında radiasyon texnologiyalardan istifadə olunacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Nüvə Tədqiqatları Mərkəzinin rəhbəri Adil Qəribov deyib.

Onun sözlərinə görə, hazırda analoji addımlar bir sıra ölkələrdə də atılır: "Bildiyiniz kimi, müxtəlif məmulatlar, şəkillər, taxta məmulatları və sair var ki, onlar uzun müddət saxlanılır. Onları biz şüalandırmaqla ömrünü uzada bilərik, onlara düşən mikrobların məhv etmək üçün zəruri doza hədləri tətbiq olunur. Bu işlər bütün ölkələrdə aparılır və güman edirəm ki, bizdə də bu tədqiqatlar aparılacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR