Cəlilabadda evi atəşə tutan şəxs tutulub

Cəlilabadda evi atəşə tutan şəxs tutulub
# 05 may 2020 11:35 (UTC +04:00)

Cəlilabadda evi atəşə tutan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 19-da Cəlilabad rayonunun Günəşli kənd sakini X.Kərimova RPŞ-yə müraciət edərək 1 gün əvvəl saat 22 radələrində yaşadığı evə girmiş naməlum şəxsin evin divarına tüfəngdən atəş açaraq hadisə yerini tərk etməsini bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülmüş, hadisəni oğurluq məqsədilə törətməkdə şübhəli bilinənlər - Alar kənd sakinləri S.Hüseynov və əvvəllər məhkum olunmuş K.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

K.Əliyevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisindəki daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlamaları, 1 evdən isə oğurluğa cəhd göstərmələri də müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR