Polşa Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOSESSİYA

Polşa Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOSESSİYA
# 31 may 2019 11:39 (UTC +04:00)

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Polşa Respublikasının Prezidenti Andjey Dudanın mayın 31-də rəsmi qarşılanma mərasimi olub.

ONA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Polşa Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Andjey Dudanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Polşa Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Andjey Duda fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Polşa Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Polşanın və Azərbaycanın dövlət himnləri səslənib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Andjey Dudaya, Polşa nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan və Polşa prezidentlərinin qarşısından keçib.

Prezidentlər rəsmi foto çəkdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR