Bakı Polisi: "Qətl törədən qadın 2016-cı ildən polis orqanlarından xaric edilib"

Bakı Polisi: "Qətl törədən qadın 2016-cı ildən polis orqanlarından xaric edilib"
# 27 iyul 2019 11:23 (UTC +04:00)

KİV-də Bakı Baş Polis İdarəsinin xanım əməkdaşı Günel Qasımovnın qətl törətməsi ilə bağlı məlumatlar yayılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, Günel Qasımova 2016-cı ilin yanvar ayından polis orqanlarından xaric edilib.

Qeyd edək ki, Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9-da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.

Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi dövründə ifadə şahidlər Günel Qasımovanın polis əməkdaşı olduğunu deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR