Roberto Bordin: “Qol buraxmamaq çox yaxşı olardı”

Roberto Bordin: “Qol buraxmamaq çox yaxşı olardı”
# 24 iyul 2019 21:59 (UTC +04:00)

“Sabah ciddi rəqiblə qarşılaşacağıq. "Arsenal”ın Rusiya çempionatındakı son iki matçını izləmişik”.

APA-nın məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Roberto Bordin deyib.

İtaliyalı mütəxəssis Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 25-də keçiriləcək "Arsenal” – "Neftçi” oyunu öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb:

“Yaxşı oynayıblar. Rəqibin texniki və fiziki cəhətdən üstünlükləri var. Uçuşun gecikməsi yalnız bu günə təsir edə bilər. Məşqin vaxtını dəyişməli olduq. Bununla belə, yüngül məşqdən sonra artıq sabahkı oyuna hazır olacağıq. Əlbəttə, qol buraxmamaq çox yaxşı olardı. Əvvəl də dediyim kimi, "Arsenal” güclü komandadır və hazırda çox yaxşı formadadır. Unutmayaq ki, bizi Bakıda cavab oyunu da gözləyir. Düzgün oynayıb, sabah şanslarımızdan istifadə etməyə çalışacağıq. Təbii ki, çətin olacaq. Həm də "Arsenal”ın avrokuboklarda ilk dəfə mübarizə aparacağını nəzərə alsaq, tribunalarda böyük ajiotaj olacağını təsəvvür edirəm”.

R.Bordin oyuna hazır olduqlarını bildirib: “Bu oyuna düzgün hazırlaşmaq üçün bir həftə vaxtımız olub. Əlbəttə, qapımızı toxunulmaz saxlamaqla və qol vurmaqla öz oyunumuzu göstərmək istəyirik. Bəli, meydan amili rəqibin üstünlüyüdür, amma sonra eyni üstünlük bizdə də olacaq. "Neftçi” tarixi klubdur və yaxşı nəticə qazanmaq istəyir. Düşünmürəm ki, sabah yağış yağsa, həm bizdə, həm də rəqibdə taktiki planlar dəyişsin. Sadəcə, sürət daha yüksək olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR