Dolu və yağış Qaxda bəzi sahələrə ziyan vurub

Dolu və yağış Qaxda bəzi sahələrə ziyan vurub
# 29 may 2019 08:24 (UTC +04:00)

Qaxın yaşayış məntəqələrinə dolu yağıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, mayın 28-də axşam saatlarında ölkənin şimal-qərb bölgəsində havaların qeyri-sabit keçməsi səbəbindən Qax rayonunun bir neçə kəndinə dolu yağıb.

Qax rayon İcra Hakimiyyəti aparatından verilən məlumata görə, rayonun Sarıbaş, İlisu və Ləkit-Kötüklü kəndlərinə dolu yağması nəticəsində meyvə ağaclarına, tərəvəz və əkin sahələrinə ziyan dəyib. Leysan yağışı nəticəsində kənddaxili yolları üst qatını yağış suları yuyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR