Milli Məclisin aprelin 24-də keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.
APA-nın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında məsələ də gündəliyə daxil edilib.
Bununla aprelin 24-də keçiriləcək plenar iclasın gündəliyinə daxil edilən məsələlərin sayı 28-ə çatıb.