Milli Məclisin Əmək və sosial siyasət komitəsi parlamentin yaz sessiyası dövründə iki dinləmə təşkil edəcək.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev iclasında bildirib.
Komitə tərəfindən təşkil olunacaq dinləmələrdən biri əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlərə, digəri isə tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icrasına həsr olunacaq.
Komitə sədri bildirib ki, əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlərə dair ictimai dinləmə aprel ayında keçiriləcək: “İnşallah, koronavirusla bağlı vəziyyət sabitləşəndən sonra bu dinləməni müvafiq qurumların, QHT-lərin iştirakı ilə keçirəcəyik. Həmçinin, tütün və tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə əlaqədar qanunvericiliyin icrası yönündə ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur ki, bunu da reallaşdıra biləcəyik”.