İtaliyada koronavirusdan ölüm sayı 40 minə yaxınlaşır

İtaliyada koronavirusdan ölüm sayı 40 minə yaxınlaşır
# 04 noyabr 2020 04:16 (UTC +04:00)

İtaliyada son sutkada koronavirusdan 353 nəfər dünyasını deyişib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə mayın 6-dan (369 ölüm) bəri ən yüksək ölüm sayı qeydə alınıb.

Epidemiya qurbanlarının ümumi sayı isə 39 412 nəfərə çatıb. 

Son sutkada yoluxma sayı 28244 nəfər artaraq 759 829-a yüksəlib. 

Qeyd edək ki, rekord sayda, təxminən 215 mindən çox insan testdən keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR