Peşə təmayüllü siniflərdə 420 şagird təhsil alır

Peşə təmayüllü siniflərdə 420  şagird təhsil alır
# 13 iyun 2020 14:33 (UTC +04:00)

2019-2020-ci tədris ili üçün pilot olaraq Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, ölkə üzrə 20 ümumtəhsil məktəbində 20 peşə təmayüllü sinif yaradılıb. Bu siniflərdə ümumilikdə 420  şagird təhsil alır.

Həmçinin Nazirlər Kabineti tərəfindən “Ümumi  təhsil müəssisələrində peşəyönümü xidmətinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib. Peşə təmayüllü siniflərə qəbul və tədris qaydaları müəyyənləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR