Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan iyulun 4-də işğal altındakı Dağlıq Qarabağa səfər edəcək.
APA-nın “Armenpress” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan XİN-in sözçüsü Anna Naqdalyan mətbuat konfransında deyib.
Ermənistan xarici işlər naziri qondarma "Dağlıq Qarabağ Respublikası"nın rəhbəri Bako Saakyan və digər şəxslərlə görüşəcək.