Abşeron rayonunda 62 yaşlı kişi özünə xəsarət yetirib.
APA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsi, "Qarant" yaşayış massivində baş verib.
1957-ci il təvəllüdlü Allahverdiyev Fərhad Müsül oğlu bıçaqla özünü yaralayıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır oluğu bildirilir.