Saatlıda 164 min manatlıq oğurluq olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, iyulun 29-da MMC-lərdən birindən ümumi dəyəri 164 900 manat olan boruların oğurlanması ilə bağlı Saatlı RPŞ-yə ərizə ilə müraciət daxil olub. Məlumatla əlaqədar Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıblar. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.