Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 210 nəfər sağalıb, 6 nəfər vəfat edib

Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 210 nəfər sağalıb, 6 nəfər vəfat edib
# 11 iyun 2020 17:02 (UTC +04:00)

“Daha 352 nəfər koronavirusa yoluxub, 210 nəfər sağalıb, 6 nəfər ölüb”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, 362 654 test keçirilib.

İndiyədək ölkədə ümumilikdə 8882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib, 3844 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6622 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR