“Azercell” 54 manat abunə borcuna görə şirkəti məhkəməyə verib

“Azercell” 54 manat abunə borcuna görə şirkəti məhkəməyə verib
# 10 may 2019 15:37 (UTC +04:00)

Şirvan İnzibati-İqtisadi Məhkəməsində “Azercell Telekom” MMC-nin cavabdeh “Comərd-Servis” MMC-yə qarşı abunə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə baxılıb.

ONA-nın xəbərinə görə, iddiaçı “Azercell Telekom” MMC cavabdeh “Comərd-Servis” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 34,13 manat abunə və xidmət haqqının və 20 manat dövlət rüsumunun, cəmi 54,13 manat vəsaitin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə verilən iddia ərizəsini təmin edib və “Comərd-Servis” MMC-dən abunə haqqının tutularaq iddiaçı “Azercell Telekom” MMC-yə ödənilməsi barədə qərar çıxarıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR