Rusiya "OPEC+" iclasında iştirakını təsdiqləyib

Rusiya "OPEC+" iclasında iştirakını təsdiqləyib
# 07 aprel 2020 13:21 (UTC +04:00)

Rusiya "OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin iclasında iştirakını təsdiqləyib.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS Rusiyanın Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, ölkənin Energetika Nazirliyi görüşdə iştirak üçün OPEC-dən dəvət alıb və öz iştirakını təsdiqləyir.

Qeyd edək ki, "OPEC+"iclası rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib. Daha əvvəl video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşün aprelin 6-da keçiriləcəyi güman edilirdi, lakin sonra aprelin 9-da təyin edilib.

Azərbaycanda da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR