Həmkəndlisinin ölümünə səbəb olan şəxsin məhkəməsi başlayır

Həmkəndlisinin ölümünə səbəb olan şəxsin məhkəməsi başlayır
# 01 iyul 2019 19:26 (UTC +04:00)

Tovuzda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əfqan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, Ə. Quliyevin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, bu il martın 17-də Tovuz rayonunun Əsrik-Cırdaxan kəndi ərazisində kənd sakini Əfqan Quliyev idarə etdiyi “ZİL” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin Əli Abbasov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR