Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru: "Koronavirus dünya turizminə təsirsiz keçməyib"

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru: "Koronavirus dünya turizminə təsirsiz keçməyib"
# 11 mart 2020 11:28 (UTC +04:00)

"Koronavirus dünya turizminə təsirsiz keçməyib. Bu, bir faktdır və təəssüfləndirici haldır".

APA-nın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

O, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun qarşısına qoyulan məqsədləri də açıqlayıb: "Birinci məqsəd bu ağır vəziyyəti birlikdə keçmək və tərəfdaşların yanında durmaqdır. İkincisi bu vəziyyətin yaratdığı iqtisadi və sosial problemləri ən minimum formada keçməkdir. Üçüncüsü isə çalışırıq ki, vəziyyət yenidən normallaşanda Azərbaycan yenidən insanların səyahət etmək istədiyi əsas məkanlardan biri olsun. Hazırda işimizə daha da fokuslanmaq üçün gözəl məqamdır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR