Azərbaycan banklarının zərəri 4 ayda 57 mln. manatı ötüb

Azərbaycan banklarının zərəri 4 ayda 57 mln. manatı ötüb
# 01 iyun 2018 09:41 (UTC +04:00)

2018-ci il mayın 1-nə  bank sektorunun zərəri 57,1 mln. manat təşkil edib.

 

"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin 4 ayında bankların faiz gəlirləri 561 mln. manat, faiz xərcləri isə 201,1 mln. manat olub.

 

Qeyd edək ki, banklar bu ilin yanvar-aprel aylarında kreditlər üzrə faizlərdən 386,6 mln. manat əldə edib.

 

Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 242,5 mln. manat vəsait xərclənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR