"Yoluxma sayı, karantindən çıxma məsələsi bizdən asılıdır".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.
O bildirib ki, heç kəs ölkənin davamlı karantin rejimində qalmasını istəməz: "Bu iqtisadi baxımdan, resursların bir istiqamətə səfərbər olunması baxımından ölkəyə problem gətirir. Hər kəs məsuliyyətini dərk etməlidir".