Ötən ay AQTA-ya qida zəhərlənmələri ilə bağlı 33 müraciət daxil olub

Ötən ay AQTA-ya qida zəhərlənmələri ilə bağlı 33 müraciət daxil olub
# 01 iyul 2019 16:21 (UTC +04:00)

Bu ilin iyun ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1405 müraciət daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib. Məlumata görə, daxil olan müraciətlərdən 330-u sertifikatlaşdırma və qeydiyyat, 353-ü idxal-ixrac əməliyyatları, 127-si istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 33 müraciət daxil olsa da, onlardan yalnız 12-si öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla, 493-ü isə digər xarakterli müraciətlər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR