"Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi barəsində cinayət işi başlanıb

"Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi barəsində cinayət işi başlanıb
# 27 fevral 2020 09:00 (UTC +04:00)

“Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Qasımov Tariyel Vahab oğlu barəsində cinayət işi başlanıb.

APA-nın məlumatına görə, o, külli miqdarda mənimsəmədə təqsirləndirilir.

T.Qasımov barəsində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR