Braziliyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 36 mini keçib.
APA xəbər verir bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, son sutka ərzində 2917 nəfərdə COVID-19-a yoluxma halı qeydə alınıb, bununla da virusa yoluxanların ümumi sayı 36 599-a çatıb. Son məlumatlara görə, ümumilikdə 2347 nəfər koronavirusdan ölüb.
Ən çox yoluxma halları San-Paulo ştatında qeydə alınıb – 13 894 nəfər.