Binəqədi sakininin həyətində 300-ə yaxın çətənə kolu aşkarlanıb

Binəqədi sakininin həyətində 300-ə yaxın çətənə kolu aşkarlanıb
# 15 may 2019 11:10 (UTC +04:00)

Paytaxtın Binəqədi rayonunda axtarışda olan sakinin evindən külli miqdarda narkotik vasitələr aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə axtarışda olan İ.Məmmədyarova məxsus evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan narkotik vasitə olan marixuana və metadon, habelə həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 291 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR