Kanadanın Səhiyyə Nazirliyi yeni növ koronavirusa qarşı peyvəndin ilk sınağının keçirilməsinə razılıq verib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Castin Trüdo xalqa etdiyi gündəlik çıxışı zamanı deyib.
“Kanada Səhiyyə Nazirliyi ölkə ərazisində koronavirusa qarşı potensial peyvəndin ilk sınağının keçirilməsini təsdiqləyib”, - Baş Nazir belə yib.
Onun sözlərinə görə, testlər Dolhauzi Universitetinin Vaksinologiya mərkəzində keçiriləcək: “Əgər onlar uğurlu olarsa, onda peyvəndi ölkəmizdə istehsal edib paylayacağıq”.
Qeyd edək ki, Kanadada son sutka ərzində 1251 nəfərdə COVID-19-a yoluxma təsdiqlənib, indiyədək 75 864 nəfər bu virusa yoluxub. Bu müddətdə daha 117 nəfər koronavirusa yoluxma nəticəsində ölüb ki, bununla da eyni diaqnozdan ölənlərin sayı 5679-a çatıb. ÜMumilikdə 37 819 nəfər isə sağalıb.