Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 68 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 1794-ə çatıb.
Qeyd edək ki, Rusiyada indiyədək 308 705 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8764 nəfər bu virusa yoluxub, 135 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 2972 nəfərdir, indiyədək 85 392 nəfər də sağalıb.