SOCAR Gürcüstanda çörək sexləri üçün qaz tarifini azaldıb

SOCAR Gürcüstanda çörək sexləri üçün qaz tarifini azaldıb
# 17 aprel 2020 10:44 (UTC +04:00)

"SOCAR Gas Georgia" Gürcüstanda çörək emalatxanaları üçün təbii qaz tariflərini endirib.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava deyib.

O bildirib ki, Gürcüstanda ən böyük qazpaylayıcı şirkətlərdən olan "SOCAR Gas Georgia" yüksək sosial məsuliyyət göstərərək, çörək emalatxanaları üçün təbii qazın 1 kubmetrinə olan tarifi 10 tetri (0,05 manat) endirib. Belə ki, sözügedən müəssisələr cari ilin aprel və may ayları ərzində istifadə etdiyi təbii qazın hər 1 kubmetri üçün 0,86 lari (0,46 manat) əvəzinə 0,76 lari (0,41 manat) ödəyəcək.

N. Turnava qeyd edib ki, bu qərar Gürcüstanda fəaliyyət göstərən çörək emalatxanalarına çörəyin qiymətinin saxlanılması üçün imkan yaradacaq və bu qərar əhali üçün olduqca vacibdir. Nazir bu qərara görə şirkətin İdarə Heyətinə təşəkkür edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR