Mingəçevirdə yaşlı kişi tut ağacından yıxılıb

Mingəçevirdə yaşlı kişi tut ağacından yıxılıb
# 18 may 2019 08:57 (UTC +04:00)

Mingəçevirdə tut ağacından yıxılan yaşlı kişi ağır xəsarət alıb

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Bağlar” yaşayış massivindəki 14 saylı küçədə yerləşən fərdi təsərrüfatda baş verib.

Tut yığmaq üçün ağacın başına qalxan 1950-ci il təvəllüdlü şəhər sakini Əbdürrəhmanov Nüsrət Xalid oğlu müvazinətini itirərək ordan sərt formada yerə çırpılıb. Nəticədə çoxsaylı bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun durumunun ciddi olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR