“Bakıda və gömrük-keçid məntəqələrinə yaxın olan bütün hotellər, Atletlər kəndi, müxtəlif universitetlərin regionlardakı xüsusilə də Nabrandakı istirahət mərkəzləri - bütün bunlar karantin üçün ayrılıb”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, ölkənin qərb, şimal və cənubundakı bütün 3, 4 və 5 ulduzlu hotellərdən karantin məqsədi ilə istifadə olunur.