Gürcüstanda qubernator istefa verib

Gürcüstanda qubernator istefa verib
# 03 may 2019 15:27 (UTC +04:00)

Gürcüstanın İmereti regionunun qubernatoru Şavlego Tabatadze vəzifəsindən istefa verib.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, onun hərbi xidmətə qayıtdığı bildirilir.

Baş nazir Mamuka Baxtadze faktı təsdiqləyib: “Şavlego Tabatadze çox önəmli insandır. O, sayılıb seçilən hərbi generallardandır və öz istəyi ilə keçmiş peşəsinə qayıdıb. Bu vəzifədəki xidmətlərinə görə ona təşəkkür edirəm”- Mamuka Baxtadze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR