Salyanda mağazadan oğurluq edən şəxs saxlanılıb

Salyanda mağazadan oğurluq edən şəxs saxlanılıb
# 27 iyul 2019 12:22 (UTC +04:00)

Salyanda mağazadan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 17-də rayon ərazisindəki mağazaların birindən 3130 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən Ərəbqardaşbəyli kənd sakini, əvvəllər məhkum olunmuş H.Zayidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR