Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Muşevani (Dəllər) kəndində 54 nəfər koronavirusa yoluxub.
APA-nın yerli bürosu Gürcüstanın İctimai telekanalına istinadən xəbər verir ki, son sutka ərzində kənd sakinlərindən daha dördündə virusa yoluxma təsdiqlənib.
Qeyd edək ki, aprelin 25-dən etibarən kənddə sərt karantin rejimi qüvvədədir. Bolnisi rayonunda virusa yoluxma hallarının sayının 160-a çatdığı bildirilib. Qeyd olunub ki, yoluxanlardan 66 nəfər sağalıb, üç nəfər isə vəfat edib.