Fransada koronavirusdan ölənlərin sayı 29,4 mini keçib

Fransada koronavirusdan ölənlərin sayı 29,4 mini keçib
# 15 iyun 2020 01:34 (UTC +04:00)

 

Fransada son sutka ərzində koronavirusdan xəstəxanada 9 nəfər ölüb. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bununla da ölkə üzrə yeni növ virusdan ölənlərin sayı 29 407-yə çatıb.

Sosial-tibbi müəssisələrdə qeydə alınan ölüm hadisələri barədə məlumatların iyunun 16-da yenilənəcəyi bildirilib.

Bazar günü verilən məlumatlara görə, 10881 nəfər xəstəxanalarda müalicə olunur.

Epidemiya başlayandan bəri ölkədə 72,8 mindən çox xəstə sağalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR