Koronavirusdan ölənlərin sayı SARS epidemiyasından ölənlərin sayını ötüb

Koronavirusdan ölənlərin sayı SARS epidemiyasından ölənlərin sayını ötüb
# 09 fevral 2020 08:24 (UTC +04:00)

Bir ay ərzində yeni növ koronavirusdan ölənlərin sayı 2002-2003-cü illərdə qeydə alınmış atipik pnevmoniya (SARS) epidemiyasından ölənlərin ümumi sayını ötüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 8-i gecə yarısınadək koronavirusdan ölənlərin sayı Çində 811 nəfər çatıb, daha bir nəfər Honkonqda, bir nəfər isə Filippində ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2003-cü il dekabrın 31-də 30 ölkədə 774 nəfərin SARS virusunun qurbanı olduğunu açıqlamışdı.

Bununla belə, Çin və digər ölkələrdən olan mütəxəssislər, eyni zamanda ÜST SARS epidemiyasının koronavirusun hazırkı yayılma sürətinə nisbətən daha təhlükəli olduğunu bildirirlər. Belə ki, SARS-dan ölüm səviyyəsi 9,56% olduğu halda, koronavirusdan ölüm səviyyəsi 2.2%-dir.

Bununla yanaşı, korononavirusa yoluxanlar arasında sağalanların sayı da günbəgün artır. Son məlumata görə, artıq 2649 nəfər xəsətəxanalardan evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR