Azərbaycanın ən yaxşı futbolçusunun adı müəyyənləşib

Azərbaycanın ən yaxşı futbolçusunun adı müəyyənləşib
# 01 may 2020 13:03 (UTC +04:00)

Müstəqil Azərbaycanın ən yaxşı futbolçusunun adı müəyyənləşib.

Apasport.az saytının sosial şəbəkə vasitəsilə azarkeşlərlə apardığı səsvermənin nəticəsi bəlli olub.

Azərbaycan millisinin keçmiş futbolçusu, hazırda "Qarabağ"da seleksiyaçı məşqçi vəzifəsini icra edən Zaur Tağızadə səsvermədə hamını qabaqlayıb. Respondentlərin 23,08 faizi Tağızadəni müstəqillik illərinin ən yaxşı futbolçusu hesab edib.

İkinci pillədə 1996-cı ildə "Alaniya"nın heyətində Rusiya çempionu və bombardiri adına layiq görülən Nazim Süleymanov qərarlaşıb. "Jemçujina"nın da formasını geyinmiş Süleymanov 17,95 faiz səs toplayıb. İlk "üçlüy"ü "Qarabağ"ın kapitanı Rəşad Sadıqov qapayıb. 14,10 faiz səs yığan 38 yaşlı müdafiəçi karyerasını davam etdirənlər arasında azarkeşlərin fərqləndirdiyi yeganə futbolçudur.

Vəli Qasımov və Mahmud Qurbanov növbəti yerlərdə qərarlaşıblar. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" və "Turan"dakı çıxışı ilə tanınan Vidadi Rzayevlə birlikdə 6-cı pilləni bölüşüb. Onları Yunis Hüseynov təqib edibsə, qalan futbolçuların hamısı eyni sayda səs yığıb.

Sorğuda ümumilikdə 17 futbolçu səs toplayıb. Hətta zarafatla Daniel Axtyamovun adını yazan oxucular da olub.

1. Zaur Tağızadə - 23,08%
2. Nazim Süleymanov - 17,95
3. Rəşad Sadıqov - 14,10
4. Vəli Qasımov - 11,54
5. Mahmud Qurbanov - 8,97
6. Qurban Qurbanov - 5,13
Vidadi Rzayev - 5,13
8. Yunis Hüseynov - 2,56
9. Samir Əliyev - 1,28
Vyaçeslav Liçkin - 1,28
Müşfiq Hüseynov - 1,28
Fərrux İsmayılov - 1,28
Vadim Vasilyev - 1,28
Emin Quliyev - 1,28
Emin Ağayev - 1,28
Vaqif Cavadov - 1,28
Daniel Axtyamov - 1,28

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR