Gəncədə arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Zaur Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA-nın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Z. Orucov həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.