Moskvada daha 71 nəfər koronavirusdan ölüb

Moskvada daha 71 nəfər koronavirusdan ölüb
# 28 may 2020 03:10 (UTC +04:00)

Rusiyanın paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 71 nəfər dünyasını dəyişib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, Moskvada yeni virusa yoluxanların ümumi sayı 171 mindən çoxdur, ölümlərin ümumi sayı isə 2254-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 370 680 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 142 208 nəfəri sağalıb, 3968 nəfəri ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR