Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Cenevrədə BMT-nin Baş katibi Antonio Quterreşlə görüşüb.
APA “TASS”-a istinadən xəbər verir ki, görüşdə Suriyadakı vəziyyət, həmçinin Rusiya ilə BMT arasında dialoqun gücləndirilməsi müzakirə edilib. Bu barədə nazirliyin saytında məlumat yer alıb.
“Görüş zamanı beynəlxalq gündəmdəki ən aktual mövzulara toxunulub, Suriyadakı vəziyyətlə bağlı geniş fikir mübadiləsi aparılıb, Rusiyanın BMT ilə qarşılıqlı əlaqəsi məsələlərinə baxılıb. Həmçinin İkinci Dünya Müharibəsinin sona çatmasının və təşkilatının yaradılmasının 75 illiyinə xüsusi diqqət yetirilib”, - məlumatda belə deyilir.
Bundan əlavə, tərəflər BMT-nin dünya məsələlərində rolunu gücləndirmək üçün qarşılıqlı səylərə sadiqliklərini bir daha nümayiş etdiriblər.