Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” tərəfindən istehsal olunan dezinfeksiya tunellərinin həm yerli, həm də xarici bazarlara satışı nəzərdə tutulur. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Elsmart” brendi ilə istehsal olunan bu avadanlığın elektron sistemi SmartHome, konstruksiyası STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır.
Dezinfeksiya tunellərindən yalnız pandemiya dövründə deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər.